Bakı 28˚C Intermittent clouds

Gürcüstanda “Javelin”lərin istifadəsi ilə təlim keçirilib

Gündəm 17:39 15 iyl, 2022

Ölkənin Müdafiə Nazirliyindən bildirilib

Gürcüstanda “Javelin”lərin istifadəsi ilə təlim keçirilib

Gürcüstanda ABŞ istehsalı “Javelin” raket qurğuları kompleksinin istifadəsi ilə keçirilən təlimlər başa çatıb.
 Qazet.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Tbilisi yaxınlığında Vaziani hərbi bazasının poliqonunda baş tutan təlimdə Gürcüstan və Böyük Britaniya hərbçiləri iştirak ediblər.

Təlimlərin ssenarisinə əsasən, qruplar öncədən müəyyən edilmiş rayonda şərti düşmənin zirehli texnikasını aşkarlayıblar və onu “Javelin” raket qurğuları sisteminin köməyi ilə məhv ediblər.

Təlimlər üç həftə ərzində iki mərhələdə keçirilib. İlk mərhələ silahın taktiki-texniki göstəriciləri ilə tanışlıq və effektiv istifadə üsullarının öyərnilməsi, ikinci mərhələ isə gündüz və gecə vaxtlarında döyüş atışlarından ibarət olub.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin məqsədi təcrübə mübadiləsi və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.