Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gündəm
13:31 23 okt, 2021
Gürcüstanda koronavirusa 4 467 yeni yoluxma qeydə alınıb, 42 nəfər ölüb

Gürcüstanda son sutkada daha 4 467 nəfərə koronavirus diaqnozu qoyulub, 42 pasiyent vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 688 804-ə, ölənlərin sayı isə 9 699-a yüksəlib.
Ötən 24 saat ərzində 1 790, ümumilikdə isə 626 478 nəfər müalicə olunaraq sağalıb.