Gürcüstanda koronavirusdan 30 nəfər ölüb
Gündəm
13:41 26 sen, 2021
Gürcüstanda koronavirusa 1 132 yeni yoluxma qeydə alınıb, 30 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 1 132 yeni yoluxma halı təsdiqlənib, 2 956 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.
Qazet.az report-un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 606 492 nəfərdə aşkarlanıb. Onların 576 498-i sağalıb, 8 817-si ölüb.