Gürcüstanda “oğru dünyası” ilə əlaqəli şəxslər saxlanılıb
Gündəm
13:37 14 okt, 2021
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib
Gürcüstanın Tbilisi və Batumi şəhərlərində “oğru dünyası” ilə əlaqələri 3 nəfər saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslərdən biri “Dato Tbiliski” ləqəbli “qanuni oğrudur”.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb ediblər.
Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs gözləyir.