Bakı 24˚C Partly sunny

Gürcüstanda "omicron" irəlilədi

Gündəm 14:14 24 dek, 2021

Gürcüstanda "omicron”a ilk yoluxma halı bir neçə gün öncə baş verib

Gürcüstanda "omicron" irəlilədi

Gürcüstanda koronavirusun "omicron” ştamına daha 5 nəfər yoluxub.

Qazet.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

"Bu yaxınlarda daha beş "omicron” ştamına yoluxma halı aşkarlanıb və bu, Xəstəliklərə Nəzarət Mərkəzinin laboratoriyası tərəfindən təsdiqlənib. Ümumilikdə, 29 hadisə laboratoriya tərəfindən təsdiqlənib, lakin yəqin ki, daha çox hal var" - deyə Qamkrelidze bildirib. 

Qeyd edək ki, Gürcüstanda "omicron”a ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.