Bakı 19˚C Sunny

Gürcüstanda “omikron”a yoluxanların sayı 30-a yaxınlaşıb

Cəmiyyət 00:23 24 dek, 2021

İndiyədək ölkədə yeni ştama 29 yoluxma halı təsdiqlənib və bütün hallarda xəstəlik yüngül formada keçir

Gürcüstanda “omikron”a yoluxanların sayı 30-a yaxınlaşıb

Gürcüstanda "omikron"a yoluxanların sayı 30-a yaxınlaşıb.

Qazet.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze Birinci kanalın efirində bildirib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusun "Omikron" ştamına 5 yeni yoluxma qeydə alınıb.

İndiyədək ölkədə yeni ştama 29 yoluxma halı təsdiqlənib və bütün hallarda xəstəlik yüngül formada keçir.

Baş epidemoiloq Gürcüstanda "omikron"a yoluxma faktlarının artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiya etmiş növünə ilk 2 yoluxma halı dekabrın 20-də təsdiqlənib.