Bakı 9˚C Showers

Gürcüstanda pandemiya şəraitində ikinci seçkilər 

Gündəm 13:30 02 okt, 2021

Səsvermə prosesi saat 20:00-da başa çatacaq

Gürcüstanda pandemiya şəraitində ikinci seçkilər 

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə davam edir. Qonşu ölkə artıq ikinci dəfədir seçkiləri koronavirus pandemiyası şəraitində keçirir.

“Report” xəbər verir ki, yağışın yağması səbəbindən və səhər saatları olduğundan seçici fəallığı o qədər də yüksək deyil.  

Səsvermə prosesində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə xüsusi təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Seçki məntəqələrində seçicilər qoruyucu maska, komissiya üzvləri isə maska ilə yanaşı, qoruyucu üz sipəri və əlcəkdən istifadə edirlər. Seçicilərin hərarəti ölçülmür, onlar əllərini xüsusi məhlulla dezinfeksiya etdikdən sonra məntəqəyə buraxılırlar.

Seçicilər seçimlərini birdəfəlik qələmlə edirlər. Onların arasında sosial məsafənin saxlanılmasına nəzarət olunur. Tbilisidə 800-ə yaxın seçki məntəqəsi üçün səsvermə kabinələri yeni dizaynda hazırlanıb. Fərqli cəhət kabinələrin ön tərəfinin açıq olmasıdır.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.