Gürcüstanda rəsmi nəticələr açıqlandı: Qalib görün kimdir
Gündəm
13:53 31 okt, 2021
Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 % toplayıb

Kaxa Kaladze 55,6 % səslə növbəti 4 il müddətinə Tbilisi şəhərinin meri seçilib.
Qazet.az xəbər verir ki, bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının paytaxt üzrə 769 seçki məntəqəsinin 768-də (99,87%) səsləri saymasından sonra məlum olub.
Onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 44,4 % toplayıb.
Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib.