Bakı 25˚C Sunny

Gürcüstanda Rusiyameyilli ultra-millətçi partiya qeydiyyata alınıb

Gündəm 17:44 07 dek, 2021

Ultra-mühafizəkar və millətçi “Mühafizəkar hərəkat”ın əsas məqsədi Gürcüstanda liberal deyil, xristian demokratiyası qurmaqdır

Gürcüstanda Rusiyameyilli ultra-millətçi partiya qeydiyyata alınıb

Gürcüstanda “Mühafizəkar hərəkat” adlı yeni siyasi partiya dövlət qeydiyyatına alınıb.

Qazet.az xəbər verir ki, siyasi təşkilatın təsisçisi “Alt-İnfo” onlayn media resursudur.

Ultra-mühafizəkar və millətçi “Mühafizəkar hərəkat”ın əsas məqsədi Gürcüstanda liberal deyil, xristian demokratiyası qurmaqdır.

ABŞ və Avropa İttifaqına qarşı çıxan partiya liderləri Gürcüstanın Rusiya ilə münasibətlərinin bərpasının tərəfdarıdır.

Gürcüstanın hüquq müdafiəçiləri ultra-millətçi partiyanın qeydiyyata alınmasını hiddətlə qarşılayıblar.