Gürcüstanda saxta aksiz markalar satan Ermənistan vətəndaşı saxlanılıb
Gündəm
12:59 29 sen, 2021
Faktla bağlı istintaq aparılır

Gürcüstanda külli miqdarda saxta aksiz markalar satan Ermənistan vətəndaşı saxlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs Tbilisidə alkoqollu içkilərin etiketlənməsi üçün 3 051 ədəd saxta aksiz markasını 2 700 ABŞ dollarına satıb.
Faktla bağlı istintaq aparılır. Ermənistan vətəndaşını 4 ildən 6 ilədək həbs cəzası gözləyir./report