Gürcüstanda son sutkada koronavirusdan 77 nəfər ölüb
Gündəm
14:56 11 noy, 2021
10 739 nəfər isə dünyasını dəyişib
Gürcüstanda ötən sutkada daha 4 563 nəfərdə koronavirus aşkarlanıb, 4 744 nəfər müalicə olunaraq sağalıb, 77 pasiyent vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 771 381 nəfərin yoluxduğu müəyyən edilib. Onların 705 312-si sağalıb, 10 739-u isə dünyasını dəyişib.