Gürcüstanda son sutkada koronavirusdan 78 nəfər ölüb
Gündəm
13:26 10 noy, 2021
Virusa yoluxanlardan 700 568 nəfərin sağaldığı bildirilir
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 751 yoluxma halı qeydə alınıb, 78 nəfər ölüb.
Qazet.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 766 818, ölənlərin sayı isə 10 662 nəfərə çatıb. Virusa yoluxanlardan 700 568 nəfərin sağaldığı bildirilir.