Gürcüstanda yerli seçkilər başa çatıb
Gündəm
22:42 02 okt, 2021
Gürcüstanda yerli seçkilər bitdi

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə yekunlaşıb.
Qazet.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.
Seçki komissiyalarının üzvləri məntəqələrdə səsləri saymağa başlayıb.
Proses başa çatdırılandan sonra yekun protokollar imzalanaraq ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək.
MSK kifayət qədər protokol əldə edəndən sonra ilkin nəticələri dərc etməyə başlayacaq.