Bakı 6˚C Mostly cloudy

Gürcüstandan Azərbaycana dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Hadisə 16:20 11 yan, 2022

Faktla bağlı araşdırma aparılır

Gürcüstandan Azərbaycana dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Qazet.az-ın komitəyə istinadən verdiyi məlumata görə, bu zaman sürücü idarə etdiyi yük avtomobilində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində müxtəlif adda 1 161 qutu və 1 294 konvolyut dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.