Gürcüstandan Rusiyaya gedən yol bağlandı
Gündəm
21:33 20 dek, 2021
Hazırda bu ərazilərə güclü qar yağıb.

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfindən bütün növ avtomobillər üçün bağlanıb.
“Qazet.az” xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb. Qeyd olunur ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq əhəmiyyətli avtomobil yolunun Mleta-Qudauri və Qudauri-Kobi hissələrində qar uçqunu təhlükəsi səbəbindən bütün avtomobillər üçün hərəkət bağlanıb.
Hazırda bu ərazilərə qar yağıb