Bakı 9˚C Intermittent clouds

Tsxinvalidə Duma seçkiləri keçirmək işğal siyasətidir - Gürcüstandan Rusiyaya sərt reaksiya

Siyasət 18:39 21 sen, 2021

Rusiyadakı seçkilərə Gürcüstanın Tsxinvali və Abxaziya bölgələrindən 25 mindən çox şəxs qatılıb

Tsxinvalidə Duma seçkiləri keçirmək işğal siyasətidir <span style="color:red">- Gürcüstandan Rusiyaya sərt reaksiya</span>

Rəsmi Tbilisi 19 Sentyabrda keçirilən Rusiya Duması seçkiləri üçün Gürcüstanın “işğal” edilmiş Tsxinvali bölgəsində 20-yə yaxın seçki məntəqəsinin açılmasını qəti şəkildə qınayıb və bu addımın ilhaqın 'bariz nümunəsi' olduğunu bildirib.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın Agenda.ge saytı məlumat yayıb.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın 'bir daha beynəlxalq hüququ pozduğunu' və beynəlxalq birliyi ölkənin Gürcüstandakı qanunsuz hərəkətlərinə 'lazımi cavab' verməyə çağırıb.

"Gürcüstanın Abxaziya bölgəsinin Tsxinvali şəhərində sakinlərin Voronej, Leninqrad, Samara vilayəti və Transbaikal üçün Rusiya Dumasına millət vəkili seçməsi Rusiyanın Gürcüstana qarşı işğal siyasətini açıq şəkildə göstərir" deyə gürcü tərəfi bildirib.

Qeyd edək ki, məlumatlara görə, Rusiyadakı seçkilərə Gürcüstanın Tsxinvali və Abxaziya bölgələrindən 25 mindən çox şəxs qatılıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.