Bakı 14˚C Dreary

Gürcüstanın baş naziri: “Azərbaycanla Ermənistan arasında etimadın bərpasına töhfə vermək istəyirik”

Siyasət 11:46 29 sen, 2021

"Bu istiqamətdə səylərimi əsirgəməyəcəm"

Gürcüstanın baş naziri: “Azərbaycanla Ermənistan arasında etimadın bərpasına töhfə vermək istəyirik”

“Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın bərpası prosesinə töhfə vermək istəyir”.

Qazet.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

O bildirib ki, son 30 ildə ilk dəfə olaraq Gürcüstanın vasitəçiliyi, amerikalı tərəfdaşlar və dostların iştirakı ilə uğurlu presedent yaradılıb: “Gürcüstan dost və qardaş qonşu ölkələr arasında vasitəçi kimi çıxış etdi, bu, uğurlu əməkdaşlıq və vasitəçilik nümunəsi oldu”.

İ.Qaribaşvili bu faktın ABŞ və Avropa İttifaqı tərəfindən təqdir olunduğunu qeyd edib: “Mən istəyirəm ki, Gürcüstan bir neçə ay bundan əvvəl iki ölkə arasında başlanılan etimadın bərpası prosesinə kiçik də olsa faydalı töhfə versin. Bu istiqamətdə səylərimi əsirgəməyəcəm”.