Bakı 22˚C Sunny

Gürcüstanın baş naziri Saakaşvilini "narkoman" adlandırıb

Gündəm 18:35 16 sen, 2021

Qəbul etdiyi dozadan asılı tonun qaldırıb, endirir

Gürcüstanın baş naziri Saakaşvilini "narkoman" adlandırıb

“Mixeil Saakaşvili narkotik vasitələrin aktiv istifadəçisidir və onun canlı yayımları bunu təsdiq edir”.

Qazet.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

“Qəbul etdiyi dozadan asılı olaraq, o, bəzən tonunu qaldırır, bəzən aşağı salır”, - hökumət başçısı əlavə edib.

İ.Qaribaşvili sabiq prezidentin Gürcüstana gələ bilməyəcəyini söyləyib: “Saakaşvili adi qorxaqdır. Əgər o, gəlsə, dərhal həbs olunacaq və heç kəs bu prosesə müqavimət göstərə bilməyəcək”.