Bakı 16˚C Mostly cloudy

Gürcüstanın Baş Prokurorluğu: Saakaşvilini 6 illik həbs gözləyir

Gündəm 01:16 02 okt, 2021

 M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.

Gürcüstanın Baş Prokurorluğu: Saakaşvilini 6 illik həbs gözləyir

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.

Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.