Gürcüstanın din xadimləri Gəncəyə getdi
Gündəm
12:52 23 may, 2022
Səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlərlə hədəf alınan yaşayış massivinə baş çəkib və burada həyatını itirənlərə hörmət və ehtiramlarını bildiriblər

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.
Qazet.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlərlə hədəf alınan yaşayış massivinə baş çəkib və burada həyatını itirənlərə hörmət və ehtiramlarını bildiriblər.
Bundan əlavə qonaqlar İmamzadə Dini Kompleksini də ziyarət edəcəklər.
Məlumat üçün bildirək ki, din ibarət nümayəndə heyyəti təxminən 40-nəfərdən ibarətdir.