Bakı 20˚C Dreary

Gürcüstanın hakim partiyası Tbilisidə 100 minlik mitinqə hazırlaşır

Siyasət 18:01 27 okt, 2021

Səhər saatlarından etibarən şəhərin mərkəzi küçə və prospektləri avtomobillərin hərəkəti üçün bağlanıb

Gürcüstanın hakim partiyası Tbilisidə 100 minlik mitinqə hazırlaşır

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Tbilisidəki Azadlıq meydanında kütləvi aksiyaya hazırlıqları başa çatdırıb.

Qazet.az xəbər verir ki, səhər saatlarından etibarən şəhərin mərkəzi küçə və prospektləri avtomobillərin hərəkəti üçün bağlanıb.

Partiyanın bir sıra regionlardan olan çoxsaylı tərəfdarları artıq Azadlıq meydanında toplaşırlar. Aksiya saat 17:00-da başlayacaq.

“Gürcü Arzusu”ndan bildirilib ki, mitinq yerli seçkilərin ikinci mərhələsi ərəfəsində yekun aksiyadır. Hakim partiya mitinqə 100 min nəfərin qatılacağını gözləyir.

Qeyd edək ki, yerli seçkilərin II turu oktyabrın 30-na təyin olunub.