Gürcüstanın müdafiə naziri: “Bölgənin təhlükəsizliyi xalqların rifahı üçün son dərəcə önəmlidir”
Siyasət
14:52 05 okt, 2021
Gürcüstanın müdafiə naziri region dövlətləri arasında tərəfdaşlıqdan danışıb
Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı strateji tərəfdaşlıq etimada və qarşılıqlı hörmətə əsaslanır.
Qazet.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərin üçtərəfli görüşündən sonra mətbuata birgə açıqlamasında bildirib.
O qeyd edib ki, bölgənin təhlükəsizliyi xalqların rifahı üçün son dərəcə önəmlidir.
“Bu baxımdan xalqların təhlükəsizliyi üçün Silahlı Qüvvələrin inkişafı istiqamətində məhsuldar əməkdaşlıq vacibdir”, - nazir vurğulayıb.