Bakı 9˚C Showers

Gürcüstan sülh üçün Azərbaycan və Ermənistana vasitəçilik təklif etdi

Siyasət 15:05 27 sen, 2021

Gürcüstan Baş naziri Tbilisini danışıqlar meydanı kimi təklif edib

Gürcüstan sülh üçün Azərbaycan və Ermənistana vasitəçilik təklif etdi

"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edirik".

Qazet.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə oldu.

Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: "Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik".