Gürcüstanın XİN başçısı Azərbaycanı təbrik edib
Gündəm
16:47 18 okt, 2021
Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb

“Strateji tərəfdaşımız Azərbaycanı Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm”.
Qazet.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.
“Dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram”, - XİN başçısı bildirib.