Bakı 4˚C Cloudy

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətini açıqladı

Siyasət 12:43 11 okt, 2021

O hazırda Rustavi şəhərində həbsxanada saxlanılır

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətini açıqladı

"Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti qənaətbəxşdir, vəziyyəti normaldır."

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətindən verilən məlumatda deyilir. 

"Hazırda Mixeil Saakaşvilinin səhhəti qənaətbəxşdir. Xüsusi Penitensiar Xidmət Mixail Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirir. keçmiş prezidentə yazılmış dərmanlar mütəmadi olaraq verilir. Beləliklə, onun təzyiqi 120/ 90, nəbz - 90, qlükozası isə - 101 -dir" deyə nazirliyin “Facebook” hesabında yayımlanan açıqlamada bildirilib.

Saakaşvilinin şəxsi həkimi günün əvvəlində “Mtavari Arxi” telekanalına verdiyi müsahibədə səhhətinin pisləşdiyini və xəstəxanaya yerləşdirilməsinin lazım olduğunu deyib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1 -də Gürcüstanda saxlanılıb, hazırda Rustavi şəhərində həbsxanada saxlanılır. Siyasi məhbus olduğunu iddia etdiyi üçün aclıq aksiyasına başlayıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.