Bakı 25˚C Sunny

Haalanddan İngiltərə liqasında yeni rekord

İdman 22:47 01 yan, 2023
Haalanddan İngiltərə liqasında yeni rekord

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında bu mövsüm 21 qol vurub.

Qazet.az xəbər verir ki, norveçli forvard 18 matçda bu saya çatıb. O, bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib.

İyirmi iki yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonunadək 21 qol vurmağı bacaran ilk oyunçu olub.