Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir - VİDEO
Cəmiyyət
19:32 24 yan, 2022
Bu barədə qurumdan bildirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYYDA) respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 3,84-ci kilometrində yerüstü piyada keçidi inşa edir.
Qazet.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, piyada keçidinin uzunluğu 30, eni isə 3,5 metrdir. Sözügedən yolun 4,59 və 8,76-cı kilometrlik hissələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.