Bakı 3˚C Dreary

Hacıqabulda bu avtomobillər yığılacaq - FOTO

Biznes 17:45 18 sen, 2021

Hacıqabulda "Chevrolet" avtomobilləri yığılacaq

Hacıqabulda bu avtomobillər yığılacaq<span style="color:red"> - FOTO</span>

"Azərmaş" ASC minik avtomobili və avtobus istehsalının yeni xəttini işə salıb.

Qazet.az bildirir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, Hacıqabul sənaye parkında istehsal olunan minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq: "Yeni istehsal xəttində Özbəkistanın "UzAvtoSanoat" şirkəti ilə birgə və ABŞ-ın "General Motors" şirkəti ilə əldə olunan sazişə əsasən, "Chevrolet" minik avtomobillərinin, ISUZU pikap və avtobuslarının yığılması həyata keçiriləcək. Pikapların qiyməti 50-70 min, avtobusların qiyməti isə 70-120 min manat arasında olacaq. Yeni xəttin istehsal gücü 5 min "Chevrolet" avtomobilinin və minədək avtobus və pikapın yığılmasına imkan verəcək".

Assosiasiya sədri bildirib ki, bu avtomobillərin hədəf bazarı Türkiyə olacaq: "Gələcəkdə "General Motors"un razılığı ilə biz Türkiyəyə avtomobil ixrac etməyi planlaşdırırıq".

E.Axundov əlavə edib ki, Azərbaycanda bu avtomovbillər üçün ehtiyat hissələrin istehsalı ilə bağlı da razılıq əldə olunub.

Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı