Bakı 7˚C Sunny

Hacıqabulda yol polisinin avtomobilində yanğın olub

Hadisə 23:35 28 noy, 2022
Hacıqabulda yol polisinin avtomobilində yanğın olub

Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilinin mühərrikində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qazet.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mercedes” markalı avtomobildə olan yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

Araşdırma aparılır.