Hadisə və Mehmet Dinçerler evlərini ayırdı
Türkiyənin pop ulduzu Hadisə və biznesmen həyat yoldaşı Mehmet Dinçerler evlərini ayırıblar.
Qazet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük aralarındakı problemi həll etmək üçün bir müddət ayrı qalmaq qərarına gəlib.
Onlar dünən axşam getdikləri toydan çıxarkən görüntüləniblər. Maşınına tərəf gedən Dinçerler Hadisə ilə evliliyinin yolunda getməməsi ilə bağlı sualları cavabsız qoyub. Eyni zamanda, iş adamının barmağında yenə nişan üzüyünün olmaması diqqət çəkib.
Xatırladaq ki, Hadisənin konsertində “Küçük bir yol” mahnısının “O sen olsaydın yanımda” hissəsini oxuyarkən ağlaması, barmağında nişan üzüyünün olmaması, həmçinin həyat yoldaşı Dinçerlerin də açılış mərasiminə nişan üzüyü taxmadan, tək gəlməsi onların evliliyində problem yaşadıqları ilə bağlı dedi-qodulara səbəb olub.