Bakı 6˚C Dreary

Haiti prezidentinin oğlundan etiraf - Məni də öldürmək istəyirdilər

Gündəm 00:56 08 noy, 2021

“Hamımız pusquya düşdük, lakin mühafizəçilər sayəsində sağ-salamat çıxdıq”

Haiti prezidentinin oğlundan etiraf - Məni də öldürmək istəyirdilər

Haitinin sui-qəsd nəticəsində öldürülən prezidenti Jovenel Moizenin böyük oğlu və ailəsi də iyulun 7-də hücuma məruz qalıb.

Qazet.az xəbər verir ki, bu barədə o, mediaya müsahibəsində deyib.

Joverleyn Moizenin sözlərinə görə, həmin gün onu həyat yoldaşı və qızı da təhlükə altında olub:

“Hamımız pusquya düşdük, lakin mühafizəçilər sayəsində sağ-salamat çıxdıq”

O, əlavə edib ki, atasının qətlə yetirildiyi gecə baş verənlərlə bağlı məlumatı var, lakin hələ ki, açıqlamayıb. Hazırda Joverleyn ailəsi ilə birlikdə başqa ölkədə yaşayır.

Qeyd edək ki, iyulun 7-də Haiti prezidenti Jovenel Moize sui-qəsd nəticəsində öldürülüb.