Bakı 5˚C Showers

Hakerlər parolları sındırmaq üçün barmaqların istiliyindən istifadə edə bilərlər

Maraqlı 02:11 13 okt, 2022
Hakerlər parolları sındırmaq üçün barmaqların istiliyindən istifadə edə bilərlər

Qlazqo Universitetinin (Böyük Britaniya) İnformatika Məktəbinin mütəxəssisləri neyroşəbəkə və termal görüntüləyicilərdən istifadə etməklə sosial şəbəkələrdən və bank kartlarından parolları sındıra bilən ThermoSecure sistemini hazırlayıblar. 

Qazet.az
xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.  

Qeyd olunur ki, neyroşəbəkə termal görüntüləyicilərin köməyi ilə istifadəçinin son zamanlar barmaqlarının toxunduğu sensor ekranların düymələri və sahələrini müəyyənləşdirir. Beləliklə, tədqiqatçılar hesab edirlər ki, təcavüzkarlar potensial olaraq digər insanların parollarını oğurlaya bilərlər.

ThermoSecure testləri göstərdi ki, sistem termal izlərdən istifadə etməklə 20 saniyə ərzində daxil edilən parolların 86%-ni, 30 saniyə ərzində daxil edilən parolların 76%-ni və 60 saniyə ərzində 62%-ni təxmin edir.

Tədqiqatçılar qeyd etdilər ki, "təxmin etmə" nisbətinə parolun uzunluğu güclü təsir göstərir. Məsələn, ThermoSecure 12 rəqəmli parolları bir neçə cəhdlə 82% hallarda, 16 rəqəmli parolları isə yalnız 66%-də sındırıb. Belə ki, ekspertlər qeyd ediblər ki, ThermoSecure kimi sistemlərə qarşı ən həssas dörd simvoldan ibarət bank kartı parollarıdır.