Hakerlər Portuqaliyanın baş nazirinin şəxsi məlumatlarını yaydılar
Xəbərlər
00:13 24 sen, 2022
Portuqaliyanın baş naziri Antonio Kostanın və bir sıra digər dövlət məmurlarının şəxsi məlumatları "Ragnar Locker" haker qrupu tərəfindən "qaranlıq internet"də dərc edilib.
"Qazet.az" xəbər verir ki, Təhlükəsizlik İnformasiya Xidmətinin (SIS) direktoru Adeliu Neiva da Cruz, Milli Respublika Qvardiyasının baş komandanı Ruy Clairaut və Chega partiyasının lideri Andre Venturanın məlumatları da ictimaiyyətə açıq şəkildə yayımlanıb.
Bundan əvvəl bildirilmişdi ki, bir qrup haker NATO-nun müasir silahların təsviri ilə məxfi sənədlərini internetdə satıb.