Hallouin şənliyi zamanı naməlum şəxs kütləni güllələdi, yaralılar var
Gündəm
11:57 17 okt, 2021
Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.
Qazet.az APA-ya istinadən xəbər verir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.
Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.
Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.
"Los Angeles Times” nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.