Bakı 2˚C Mostly cloudy

"Hamımız Ermənistanla Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıyıq" - Tokayev

Gündəm 20:01 23 noy, 2022
"Hamımız Ermənistanla Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıyıq" - Tokayev

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən sammitində Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev “Rusiya tərəfinin sülhməramlı səylərinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə imkan verəcəyinə” ümid etdiyini bildirib.

Qazet.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Zirvə görüşündə çıxış edən Tokayev Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik yolla həllinə yönəlmiş addımları dəstəkləyib.

“Biz hamımız Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlıyıq. Ümid edirik ki, Rusiya tərəfinin sülhməramlı səyləri Ermənistan-Azərbaycan münaqişəsini müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə və tərəfləri sülh müqaviləsinin imzalanmasına gətirib çatdırmağa imkan verəcək”, - deyə Tokayev mətbuata açıqlamasında bildirib.