Harri Keyn 113 illik rekordu qırdı
İdman
14:31 16 noy, 2021
Harri Keyn yeni rekorda imza atıb
İngiltərə millisinin futbolçusu Harri Keyn yığmada yeni rekorda imza atıb.
Qazet.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat paylaşıb.
28 yaşlı hücumçu buna DÇ-2022-nin seçmə mərhələsində San Marino ilə görüşdə (10:0) poker etməklə nail olub. Keyn 2021-ci ildə millidə vurduğu qolların sayını 16-ya çatdırıb. Beləliklə, o, İngiltərə yığmasında 1 ildə ən çox qol vuran futbolçu adını qazanıb.
Daha əvvəlki rekord Corc Hilsdon və Diksi Dinə məxsus idi – 12 qol.
Qeyd edək ki, Keyn 2015-ci ildən İngiltərə millisində oynayır.