Bakı 7˚C Showers

Hava proqnozunu yanlış dedi – işdən çıxarıldı

Maraqlı 11:45 23 avq, 2022
Hava proqnozunu yanlış dedi – işdən çıxarıldı

Macarıstanın iki ən yaxşı hava eksperti siyasi qalmaqallara səbəb olan səhv hava proqnozuna görə işdən qovulub.

Qazet.az BBC-yə istinadən xəbər verir ki, hadisə Macarıstanda hər il qeyd olunan  və “Avropanın ən böyük atəşfəşanlığı” adlandırılan “Stiven günü” milli bayramı öncəsi baş verib.

Bayram keçirilməzdən 7 saat öncə havanın kəskin sürətdə dəyişəcəyi barədə ölkənin hava proqnozu xidməti məlumat verib və tədbir təxirə salınıb.

Milli Meteorologiya xidmətinin proqnozlaşdırdığı yağış fırtınası paytaxtda yox, Macarıstanın bəzi şərq rayonlarında baş verib.

Hökumət bazar günü “Facebook” səhifəsində ictimaiyyətdən üzr istəyib.

Bununla belə avqustun 22-si Macarıstanın İnnovasiyalar naziri Laslo Palkoviç xidmət rəhbərlərinin işdən çıxarılması barədə qərar imzalayıb.