Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq
Gündəm
12:53 03 noy, 2021
Hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
Xidmətdən Qazet.az-a bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.