Havanın qarlı olmasına baxmayaraq, Laçın-Xankəndi yolunda etirazlar 29 gündür davam edir
Gündəm
08:20 09 yan, 2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Qazet.az xəbər verir ki, aksiyanın 29-cu günündə Şuşaya güclü qar yağıb.
Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.