“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır” - İlham Əliyev
Gündəm
12:23 04 noy, 2021
Azərbaycan Prezidenti pandemiyanın nəzarət altında olduğunu bildirib
“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.
Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
"Biz əsasən SinoVac və Pfizer vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür", - dövlət başçısı bildirib.