Bakı 21˚C Mostly sunny

Həbib Nurməhəmmədovun azərbaycanlı kimi təqdim etdiyi idmançının milliyyəti bilindi-VİDEO

İdman 15:05 15 dek, 2021

İdmançı Qırğızıstanda doğulmuş axısxa (məhsəti) türküdür

Həbib Nurməhəmmədovun azərbaycanlı kimi təqdim etdiyi idmançının milliyyəti bilindi-<span style="color:red">VİDEO</span><div><br></div>

UFC çempionu Həbib Nurməhəmmədovun komandası ilə birgə keçirdiyi mətbuat konfransında azərbaycanlı kimi təqdim etdiyi “One FC” turnirinin qalibi Kamran Abbasovun kimliyi bilinib.

Qazet.az-ın xəbərinə görə, o, Qırğızıstanda doğulmuş axısxa (məhsəti) türküdür.

Bu barədə Kamran Abbasov özü məlumat yayıb: “Dəyər verdiyin üçün sağ ol, qardaş. Ancaq mən Qırğızıstanda doğulmuş türkəm (məhsəti türkü). Səndən bunu eşitmək çox xoşdur. Biz hamımız qardaşıq və bir olmalıyıq”.