Bakı 20˚C Mostly cloudy w/ showers

Həbibdən Azərbaycanla bağlı AÇIQLAMA: "Elə yedizdirəcəklər"

İdman 11:29 15 dek, 2021

Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır

Həbibdən Azərbaycanla bağlı AÇIQLAMA: <span style="color:red">"Elə yedizdirəcəklər"</span>

Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov və onun komandası “Fitroo” brendilə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirib.

Qazet.az xəbər verir ki, müvafiq video idmançının “YouTube” kanalında yayımlanıb.

Məşhur döyüşçü tədbir zamanı Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb.

Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib.

“Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır”- deyə Həbib təəccüblənib.

Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.

“Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə yedizdirəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq” – deyə Nurməhəmmədov vurğulayıb. (Oxu.az)