Həbs olunan azərbaycanlı həkim Təbriz zindanına köçürüldü - FOTO
Gündəm
15:17 03 yan, 2023
Molla rejimi tərəfindən həbs olunan azərbaycanlı həkim Təbrizin mərkəzi zindanına köçürülüb.
Qazet.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, “Şühəda” xəstəxanasının ortoped rezidenti, doktor Rza Rzazadə dekabrın 7-də Təbriz Prokurorluğuna çağırılıb, sonra isə həbs edilib. O, ölkənin idarəçilik sistemini və rəhbəri təhqir etməkdə ittiham olunub.
Rza Rzazadənin dünən 7 saylı şöbənin prokuroru Hadi Qafuryanın əmri ilə Təbrizin mərkəzi həbsxanasına köçürüldüyü bildirilir.