Bakı 3˚C Intermittent clouds

Həbsdə olan sabiq icra başçısı apellyasiya şikayəti verdi

Gündəm 15:24 30 okt, 2021

Sabiq icra başçısı Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib

Həbsdə olan sabiq icra başçısı apellyasiya şikayəti verdi

Yevlax rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Qazet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında sabiq başçının vəkili məlumat verib. O bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə təqdim edilib.

Apellyasiya şikayətinə baxılacaq vaxt hələlik müəyyən edilməyib.
Xatırladaq ki, saxlanıldığı istintaq təcridxanasında Q. Səmədovun səhhəti pisləşdiyindən onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək istintaq dövründə azadlığa buraxılmış, Mərkəzi Klinik Xəstəxanasında ağır ürək əməliyyatı keçirmişdi.

Əməliyyatdan sonra isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilibvə məhkəmə zalında həbs olunub.

Q. Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.