Həbsdə olan sabiq nazir xəstəxanaya yerləşdirildi
Gündəm
23:39 28 noy, 2022

Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib.
Qazet.az xəbər verir ki, sabiq nazirin saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb.
Bu səbəbdən o, cəzaçəkmə müəssisəsindən Naxçıvanda xəstəxanaya köçürülüb.
Qeyd edək ki, Əhməd Əhmədovun barəsində hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılıraq həbs edilib.