Bakı 18˚C Partly sunny w/ showers

"Heç vaxt unutmayacam" - Gürcü jurnalist Gəncə dağıntılarından danışdı

Gündəm 14:49 23 sen, 2021

Nina Berdzenava Ermənistanın Gəncədə raket atəşi nəticəsində dağılmış yerlərə baş çəkib

"Heç vaxt unutmayacam" - Gürcü jurnalist Gəncə dağıntılarından danışdı

“Ömrümdə ilk dəfə müharibənin gətirdiyi faciəyə bu qədər yaxın gəlmişəm. Müharibənin özündə də bir etika olmalıdır. Mülki şəxslər müharibədən əziyyət çəkməməlidir. Mənim bu gün hiss etdiklərimi heç kimin bir daha hiss etməsini istəmirəm”.

Qazet.az xəbər verir ki, bunu gürcüstanlı bloger Nina Berdzenava Ermənistanın Gəncəyə raket atəşi nəticəsində dağılmış yerlərə baş çəkərkən deyib.

O bildirib ki, mülkin insanların, xüsusilə də uşaqların əzab, iztirab çəkməsi dünyanın heç bir yerində qəbul oluna bilməz: “Keçirdiyim hissləri, emosiyaları ifadə etməkdə çətinlik çəkirəm. Çox təəssüf ki, bu əməllərin hesabını dinc əhali ödəyir. 2008-ci ildə bizdə də müharibə oldu, bizim də dinc sakinləri bombaladılar. Lakin mən onda faciə yerinə bu qədər yaxın gedə bilməmişdim. Bu gün gördüklərimi isə heç vaxt unutmayacam, tez-tez xatırlayacam. Burda həlak olan insanların xatirəsini yad edirik. Ümid edirik ki, bunlar bir daha təkrarlanmayacaq”.

Gəncəni atəşə tutanlara üz tutan gürcü bloger vurğulayıb ki, dinc insanları öldürüb bununla rahat yaşamaq çox çətindir: “Törədəcəyin əməlin dinc insanların ölümünə səbəb olacağını bilə-bilə bunu etmək heç cür qəbul oluna bilməz. Mən bunların baş verdiyi dünyada yaşamaq istəmirəm. Ona görə də heç kimlə heç vaxt belə davranmaq olmaz. Əksinə, bir-birinin qayğısına qalmaq, sevmək, öldürməmək lazımdır”.