Bakı 26˚C Intermittent clouds

Hədiyyə Bayraktar Litvaya çatdı

Gündəm 10:44 05 iyl, 2022

Litvada PUA-ların alınması üçün ianə kampaniyası təşkil edilib. 

Hədiyyə Bayraktar Litvaya çatdı

Türkiyənin "Baykar" şirkətinin Ukraynaya bağışladığı "Bayraktar TB2" pilotsuz uçuş aparatı Litvaya çatıb.

Qazet.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

"Facebook" hesabında paylaşım edən Anusauskas qeyd edib ki, iyulun 6-da Şaulyai aviabazasında rəsmi mərasim keçiriləcək.

Litvada PUA-ların alınması üçün ianə kampaniyası təşkil edilib. Bu məqsədlə başladılan ianə kampaniyasında 5 milyon avro toplanması hədəf alınıb, üç gün ərzində 6 milyon avro toplanıb. Lakin Türkiyə şirkəti PUA-nın Litvaya pulsuz veriləcəyini və toplanan pulun Ukrayna xalqına kömək üçün istifadə oluna biləcəyini elan edib.