Bakı 1˚C Mostly cloudy

Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıb

Gündəm 09:19 26 sen, 2022
Həftəsonu yol qəzalarında ölənlərin sayı açıqlanıb

Həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 113, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.