Bakı 19˚C Sunny

Həkim: "Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur"

Gündəm 18:20 15 okt, 2021

Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib

Həkim: "Koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulur"

“Neanatal dövrdə olan və 1 yaşdan kiçik körpələr bəzi xəstəliklər səbəbindən risk qrupuna aiddirlər”.

Qazet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

E.Rəhimov bildirib ki, koronavirusa yoluxan və tənəffüs çatışmazlığı problemi olan körpələr xəstəliyi daha ağır keçirirlər: “Hətta bəzən həmin körpələr süni tənəffüs aparatına qoşulur. Virusdan sağalandan 2-6 həftə sonra bəzi körpələrdə ağır iltihabi proses başlaylr. Bu da ürək, böyrək, ağciyərlərə mənfi təsir edir və virusun fəsadı sayılır”.