Bakı 7˚C Dreary

Həkimdən XƏBƏRDARLIQ: Vaksin olunanlar da...

Cəmiyyət 15:12 15 dek, 2021

“Hər yaş qrupunda “omikron” ştamı görülə bilər, peyvənd olunmamış şəxslərdə bu sıxlıq artır, gənclər və uşaqlar arasında isə araşdırmalar davam edir”

Həkimdən XƏBƏRDARLIQ: Vaksin olunanlar da...

"“Omikron” ştamında xəstəlik daha çox baş ağrısı, qızdırma və əzələ ağrıları ilə müşahidə edilir. Amma tədqiqat nəticələri yetəri qədər olmadığından xüsusi əlamətləri saymaq doğru olmaz. “Omikron” ştamı yeni çıxdığı üçün tədqiqatlar davam edir. İlkin mülahizələr bu yöndədir ki, “omikron” ştamı da “delta” və “delta plus” variantına bənzər şəkildə yoluxduruculuq qabiliyyəti daha yüksək olan COVID-19 viruslarındandır. Hər yaş qrupunda “omikron” ştamı görülə bilər, peyvənd olunmamış şəxslərdə bu sıxlıq artır, gənclər və uşaqlar arasında isə araşdırmalar davam edir. Yəqin ki, yaxın günlərdə yeni ştamın xüsusiyyətləri ilə əlaqədar bizə statistik məlumatlar veriləcək. “Omikron” ştamının xəstəliyi keçirənlərdə və vaksin olunmayanlarda, vaksini natamam olanlarda və ya vaksindən 3-4 ay vaxt keçənlərdə görülə biləcəyi söylənilir. Odur ki, üçüncü gücləndirici doza şiddətlə tövsiyə olunur".

Qazet.az xəbər verir ki, bu sözləri Kliniki tibbi mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib. Həkim bildirib ki, “omikron” ştamının digərlərindən fərqli olaraq formalaşmış immun cavabdan qəribə şəkildə qaça bilməsi yöndə fikirlər var:

“Bu da onun mutasiyasının daha ciddi olduğunu göstərir. Peyvənd olunmuş və xəstəliyi keçirmiş şəxslər də daxil olmaqla “omikron”un xəstəlik törətmə qabiliyyəti var. Ona görə də immun sisteminin dayanıqlığını artıran üçüncü doza şiddətlə tövsiyə olunur ki, mutasiyaya uğrayan ştamla mübarizə daha da güclənsin. İmmun sistemi oyaq tutmaq üçün üçüncü doza əhəmiyyətlidir.

Hazırda bütün dünyada istifadə olunan istər RNT, istərsə də inaktiv tərkibli vaksinlər COVID-19-un bütün ştamlarına qarşı bu və ya digər dərəcədə qoruyucudur. COVID-19-a qarşı yaradılmış vaksinlər 100% qorumasa da, xəstəliyin ağırlaşmasından və ölümdən yüksək faizlə müdafiə edir”.(publika.az)